Bakıda piyada özünü maşının qarşısına atdı - DƏHŞƏTLİ HADİSƏ - VİDEO
Bakıda özünü ölümə atan piyadanın görüntüləri təhlükəsiz şəhər kamerasına düşüb.
REPORTYOR.AZ avtosfer.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində yolu keçmək istəyən piyada özünü avtomobillərin qarşısına atır.
Sürücülər dərhal reaksiya verərək qəzadan yayına biliblər. Piyada daha sonra ayırıcı zolağın üzərində dayanaraq sağdan gələn avtomobillərin yaxınlaşmasını gözləyir. Avtomobillər yaxınlaşdıqdan sonra piyada qəfildən özünü taksi avtomobilinin qarşısına ataraq avtomobil tərəfindən vuruldu.
Görüntüdən aydın şəkildə görmək olur ki, piyada özünü qəsdən avtomobilin qarşısına atır. Belə hallarda baş verən yol nəqliyyat hadisəsi detallı şəkildə araşdırılmalı və sürücü yol hərəkəti qaydasını pozmayıbsa, məsuliyyətdən azad olmalıdır.
Heydər Əliyev prospektində piyadalar üçün 3-4 keçid mövcuddur. Həmin yolun sürətli və axın çox olmasını nəzərə alaraq piyada keçidlərinin çox olması daha zəruridir.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 28-11-2019, 18:00