mobil versiya

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb



Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı tapança, 1 qumbara, 4 tüfəng və 42 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 3 ədəd alışdırıcı və 5 ədəd patron aşkar edilərək götürülüb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 14-03-2024, 09:44