mobil versiya

Moskvadakı terrorla bağlı bəzi detallar üzə çıxdı - Təşkilatçılar daha bir ölkədə terakt planlaşdırıbmış...



Rusiya mediası martın 22-də Moskvadadakı "Crocus City Hall”-da terror aktı törətməkdə şübhəli bilinən şəxslərlə bağlı bəzi detalları açıqlayıb. 
Bu barədə "AzPolitika.info" xəbər verir. Bildirilir ki, bu şəxslər təcrübəli terrorçu olmayıblar. Daha doğrusu, onlar cəmi 2-3 həftə ərzində bu terakta hazırlaşdırılıblar.
İddia olunur ki, təşkilatçılar Rusiyadan sonra daha bir ölkədə terror aktı həyata keçirməyi planlaşıdırıblar. Həmin terakt Mərkəzi Asiya ölkələrindən birində baş tutacağmış...
Qeyd olunur ki, bu əmələ görə 500 min rubl onların hər birinə deyil, ümumi qrup üçün nəzərdə tutulubmuş. Qrup başçısı iddia edir ki, sifarişçi o məbləği göndərib ki, "öz aranızda bölüşdürün". Rusiya mediası istisna etmir ki, terrorçular Bryanskdan Belarus ərazisinə keçməyi və orada gizlənməyi planlaşdırırmışlar.
Xatırladaq ki, hadisə ilə bağlı 11 nəfər tutulub. 4 nəfər teraktı törətməkdə, digər şəxslər isə terror aktına hazırlıq görməkdə ittiham olunurlar.

KARUSEL / DÜNYA
Tarix: 25-03-2024, 12:35