Mirzoyan və Qriqoryan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı təcili iclas təklifini qəbul edib
Ermənistan Milli Yığıncağında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı keçiriləcək iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mqer Qriqoryan da iştirak edəcək.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentin növbəti iclasında deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin müzakirəsi üçün Ermənistan parlamentində təcili iclas çağırılacaq.
Qeyd olunub ki, təcili iclasın çağırılması təklifi ilə "Ermənistan" və "Şərəfim var" fraksiyaları çıxış ediblər. Ermənistan parlamentinin müxalifət fraksiyasının nümayəndələri iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mqer Qriqoryanın da iştirakını təklif edib.(trend)
KARUSEL / SİYASƏT
Tarix: 9-04-2024, 12:53