mobil versiya

Kayrat Sarıbay Azərbaycana gələcək



Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay aprelin 16-dan 18-dək Azərbaycanda səfərdə olacaq.
İşgüzar səfər çərçivəsində Azərbaycanın 2024-2026-cı illərdə AQEM-ə sədrliyi ilə bağlı bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
Baş katibin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.
Aprelin 18-də K.Sarıbayın iştirakı ilə brifinqin keçirilməsi planlaşdırılır.
KARUSEL / SİYASƏT
Tarix: 9-04-2024, 14:13