mobil versiya

Cəlilabadda istirahət mərkəzinə gedən avtobus qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var


İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.(apa)

KARUSEL / HADİSƏ
Tarix: 6-06-2024, 11:37