90 dövlət rəsmi olaraq İsveçrədə keçiriləcək Ukrayna üzrə sülh sammitində iştirakını təsdiqləyib
90 dövlət rəsmi olaraq İsveçrədə keçiriləcək Ukrayna üzrə sülh sammitində iştirakını təsdiq edib.
Bunu İsveçrə prezidenti Viola Amherd deyib.
O aydınlaşdırıb ki, qeydiyyatdan keçənlərin yarısı Avropa və Şimali Amerikadan, digər yarısı Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyadandır.
Sammit 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində keçiriləcək.
Bundan əvvəl toplantıya 120-dən çox dövlət dəvət olunmuşdu. Rusiya sammitə dəvət edilməyib. Çin iştirakdan imtina edib, Amerika prezidenti Co Bayden də tədbirə qatılmayacaq.
KARUSEL / DÜNYA
Tarix: 10-06-2024, 15:32