Sankt-Peterburqda II Rusiya-Afrika sammiti başlayıb
Sankt-Peterburqda II Rusiya-Afrika sammiti işinə başlayıb.
Tədbirdə 49 ölkədən və regional birliklərdən nümayəndə heyətləri, o cümlədən 17 Afrika lideri iştirak edəcək.
Vladimir Putin sabah, iyulun 28-də “Sülh, təhlükəsizlik və inkişaf naminə sammitin iclasında çıxış edəcək.
Bundan əvvəl -niyulun 26-da prezident Efiopiya və Misir liderləri ilə ikitərəfli görüşlər keçirib.
Putin sammit iştirakçılarını iyulun 30-da Hərbi Dəniz Qüvvələri Günündə keçiriləcək dəniz paradına da dəvət edib.
2019-cu ildə Soçidə keçirilən ilk Afrika sammitində 47 prezident iştirak edib. Kreml nümayəndə heyətlərinin azaldılmasını ABŞ, Fransa və digər dövlətlərin müdaxiləsi ilə izah edib.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, bir sıra ölkələrin liderlərinə foruma getməmək üçün təzyiq edilib.
KARUSEL / DÜNYA
Tarix: 27-07-2023, 10:53