Zaporojye vilayətinin Boks Federasiyasının prezidenti güllələnib
Ukraynanın Zaporojye vilayətinin Boks Federasiyasının prezidenti Maksim Denşik güllələnib.
Hadisə bu gün baş verib.
Hündürmərtəbəli binanın girişində naməlum şəxs odlu silahdan M.Denşikə 4 dəfə atəş açıb və hadisə yerindən qaçıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.(report)
KARUSEL / İDMAN
Tarix: 11-06-2024, 17:03