mobil versiya

Azərbaycan – Qazaxıstan: Heyətlər açıqlanıb



Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Yığmamız Macarıstanda keçirilən təlim-məşq toplanışında ikinci matçına çıxacaq.
Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla üz-üzə gələcək. Dörd gün əvvəl Albaniyaya 1:3 hesabı ilə uduzan millimiz bu dəfə uğurlu nəticə qazanmağa çalışacaq.
Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 5-də İsveçə qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması Bakıda baş tutacaq.
Yoldaşlıq oyunu
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan

Baş hakim: Bence Csonka (Macarıstan)
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amil Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivatsyuk 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.
Məşqçi: Arif Əsədov
Qazaxıstan: 1. Aleksandr Zaruzkiy (Q), 4. Marat Bstrov, 24. Alıbek Kasım, 22. Aleksandr Maroçkin, 3. Nuralı Alip, 11. Yan Voroqovskiy, 7. Ramazan Orazov, 18. Adilet Sadybekov, 8. Askhat Tagybergen (k), 17. Abat Aymbetov, 10. Maksim Samorodov.
Məşqçi: Ruslan Baltiyev
Sombatxey. “Haladas SportKomplexum”

KARUSEL / İDMAN
Tarix: 11-06-2024, 17:28