5 ayda 186 milyon manat məcburi sosial sığorta pulu toplanıb
2024-cü ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 186,9 mln. manat və ya 8,9% artım qeydə alınıb.
Bu barədə DSMF-dən bildirilib.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 mln. manat və ya 3,3%, qeyri-büdcə təşkilatları üzrə isə 198,2 mln. manat və ya 14,8% artımla olub.
KARUSEL / SOSİAL
Tarix: 12-06-2024, 11:23