mobil versiya

Azərbaycanda bu cərimələrin artırılması təklif olunur – Siyahı



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürülüb.

Sözügedən təklif qanunsuz parklanma, nəqliyyat vasitələrinin düzgün idarə olunmaması kimi hallarda cərimələrin artırılmasını və yeni cərimələrin tətbiqini nəzərdə tutur.
Təklif olunan dəyişikliklərin tam siyahısını təqdim edirik:
- Avtobus və velosiped zolağına çıxan maşınlar 100 manat məbləğində cərimə ediləcək. Hazırda 40 manatdır;
- Qanunsuz parklanma yeri yaradanlar 2 min manat məbləğində cərimə olunacaq;
- Nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra parklanma müddətini başlatmayan sürücülər 20 manat məbləğində cərimə olunacaq. Hazırda 10 manatdır.
- Xidməti parklanma yerində maşın saxlayanlar 40 manat məbləğində cərimə olunacaq;
- Çəkisi 3,5 tondan çox olan avtomobillər parklanmaya görə 20 manat məbləğində cərimə olunacaq. Hazırda 10 manatdır;
- Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə ödəyəcəklər. Hazırda 10 manatdır;
- Parklanma zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradanlar 20 manat məbləğində cərimələnəcək. Hazırda 10 manatdır;
- Velosipedini parklanma yerindən kənarda saxlayanlar 10 manat məbləğində cərimələnəcək;
- Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxslər 200 manat məbləğində cərimə olunacaq. Hazırda 100 manatdır. Hadisə təkrar törədilərsə 400 manat məbləğində cərimə olunacaq. Hazırda 300 manatdır;
- Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 100 manat məbləğində cərimə tətbiq olunacaq. Hazırda 80 manatdır;
- Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək. (“AzPolitika.info”)


KARUSEL / GÜNDƏM
Tarix: 12-06-2024, 16:24