mobil versiya

Bir çox ölkələr Mərakeşin ərazi bütövlüyü ilə bağlı dəstəklərini bəyan edib



14-16 may tarixlərində Karakasda keçirilən Xüsusi Komitənin (ing. C-24) Karib seminarı zamanı Qambiya, Sent-Vinsent və Qrenadin, Papua-Yeni Qvineya kimi ölkələr Mərakeş və onun ərazi bütövlüyü ilə bağlı dəstəklərini bir daha vurğulayıblar.

Kot-d’İvuar Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin nazir müşaviri Nyu-Yorkda bildirmişdir: “Ölkəm Mərakeş Saharası üçün təklif etdiyi geniş muxtariyyət təşəbbüsünü tam dəstəklədiyini bir daha bildimək istəyir”.

O, beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi və əsasən də, BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələri ilə uyğunluq təşkil edən muxtariyyət təşəbbüsünün Mərakeş Saharanın xüsusiyyətlərini nəzərə aldığını vurğulayıb.

“Bu, əhaliyə regionun siyasi və sosial-iqtisadi həyatının idarə edilməsində aktiv iştirak imkanı verir”, deyə o bildirmiş və Krallıqda müntəzəm şəkildə keçirilən demokratik seçkilərdə əhalinin yerli və milli nümayəndələri azad şəkildə seçdiklərini qeyd etmişdir. Bundan sonra Kot-d’İvuarlı diplomat Mərakeş Saharasından seçilmiş rəsmilərin bu seminardakı iştirakını təqdir edib.

Diplomat, şəxsi nümayəndəni 2018-2019-cu illərdə İsveçrədə keçirilmiş dəyirmi masa ilə eyni tərkib, format və dinamikaya malik dəyirmi masa prosesinin davam etdirilməsi üçün öz xidmətlərini gücləndirməyə səsləyib.

Papua-Yeni Qvineyanın BMT yanında müvəqqəti işlər vəkili bildirmişdir: “Bu etibarlı təklifin beynəlxalq səviyyədə dəstəkləndiyini görmək çox xoşdur. Biz mübahisədəki bütün maraqlı tərəflərin dostcasına, davamlı və dinc bir yolla həllə nail olmasına töhfə verəcək olan bu dəstəyi təşviq edirik”.

Sent-Vinsent və Qrenadinin BMT yanında Daimi Nümayəndəliyinin müşaviri, münaqişənin bütün tərəflərini BMT-nin himayəsi altında aparılan siyasi prosesdə iştirak etməyə və Mərakeş Saharası məsələsi istiqamətində realist, praqmatik, davamlı və kompromis bir həll yoluna nail olmağa səsləyib.

O, BMT baş katibinin şəxsi nümayəndəsi olan Steffan de Misturanın Mərakeş Saharasındakı siyasi prosesə yardım etmək cəhdlərini də yüksək qiymətləndirib.

Nəhayət, Qambiyanın BMT-dəki daimi nümayəndəsi Lamin Dibba Mərakeş muxtariyyət təşəbbüsünün regional münaqişəyə ciddi kompromis və mümkün həll yolu kimi xidmət etdiyini vurğulayaraq məsələ ilə bağlı dəstəyini bir daha bildirib.

Onun fikrincə, beynəlxalq səviyyədə dəstəklənən muxtariyyət təşəbbüsü Sahel ərazisininn görünməmiş təhlükəsizlik problemləri ilə üzləşdiyi bu mühüm zamanda bölgənin təhlükəsizlik və stabilliyinə töhfə verəcəkdir. Bundan əlavə, diplomat, ciddi və etibarlı hesab edilən Muxtariyyət planının beynəlxalq hüquqa uyğun olduğunu bildirib.
KARUSEL / DÜNYA
Tarix: 14-06-2024, 15:08