mobil versiya

Bakı əhalisinə ödənişli xidmətlər 6,5 faiz artıb


Cari ilin yanvar-may aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,5 faiz artaraq 3004,2 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2730 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 90,9 faizini təşkil edib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-06-2024, 15:14