mobil versiya

Bu hava yolları Avstraliya və Sakit Okean regionunda ən yaxşı aviaşirkət statusunu qazanıb



Fici Hava Yolları Londonda keçirilən “Skytrax 2024 World Airline Awards” mükafatlandırma mərasimində ardıcıl ikinci dəfə Avstraliya və Sakit Okean regionunda ən yaxşı aviaşirkət statusunu qazanıb.
Fici Hava yolarının ən yaxşı 100 aviaşirkət arasında qlobal reytinqi 2023-cü ildəki 15-ci yerdən 2024-cü ildə 14-cü yerə yüksəlib.
Qeyd edək ki, müsabiqənin qalibi dünyanın hər yerindən gələn səyahətçilərin məmnuniyyət sorğusu əsasında müəyyənləşib. Yekun nəticələrdə 350 aviaşirkət iştirak edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-06-2024, 15:53