mobil versiya

Son beş ayda əhaliyə 3 milyard 649 milyon manat ödənilib



Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ildə də davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 milyard 649 milyon manat vəsait ödənilib.
Bu, ötən ilin müvafiq dövrünə nisbətən 352 milyon manat və ya 11 faiz çoxdur.

KARUSEL / SOSİAL
Tarix: 27-06-2024, 13:17