mobil versiya

Ordunun yaradılmasının 106-cı ildönümünə həsr olunmuş voleybol üzrə birincilik keçirilib



Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümünə həsr olunmuş voleybol üzrə birincilik keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər qalib komandaları təbrik edib, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu kimi yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümünə  həsr olunan yarışda 10 komanda mübarizə aparıb.
Sonda qalib komandalara kubok və medallar təqdim olunub.

KARUSEL / İDMAN
Tarix: 27-06-2024, 13:34