mobil versiya

Bu ərazilərdə qaz olmayacaq


Paytaxtın 4 rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz"dan verilən məlumata görə, 04.07.2024-cü il tarixində saat 10:00-dan etibarən paytaxtın Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərinin kipliyə sınaq olunması, Nəsimi rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin saat 09:30-dan Xətai rayonunda qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Qaradağ, Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
KARUSEL / ÖLKƏ
Tarix: 4-07-2024, 09:23