mobil versiya

Ceyhun Bayramov ABŞ-a yola düşüb



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

KARUSEL / SİYASƏT
Tarix: 9-07-2024, 09:15