100 bağçanın monitorinqi aparılacaq

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib. O bildirib ki, hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür: “Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə seminarlar keçirilib. Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-07-2024, 12:34