mobil versiya

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb



İyulun 13-də və 14-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə DİN mərbuat xidməti məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Narkotiklərlə əlaqəli 40 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 15-07-2024, 10:21