mobil versiya

Kral Trampa məktub göndərib


Mərakeş Kralı VI Məhəmməd Pensilvaniya ştatının Batler şəhərində keçirilmiş mitinq zamanı Donald Trampa qarşı baş verən sui-qəsd cəhdindən sonra sabiq prezidentə mesaj göndərərək öz dəstək və həmrəyliyini ifadə edib.

Hökmdar bu mesajında “dünən Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə baş vermiş sui-qəsd cəhdi ilə bağlı dəhşətə gəldiyini və dərin kədər hissi duyduğunu” bildirib. O, bu dəhşətli hücumdan sonra öz dəstək və həmrəyliyini ifadə edərək “Sizin sağ-salamat olduğunuzu bilmək məni rahatlaşdırdı” deyə məktubda deyilir.

Bu mesajda Əlahəzrət Kral siyasi zorakılığı qətiyyətlə pisləyərək Trampa "böyük millətinizə xidmət etməyə davam etməyiniz üçün tezliklə sağalmağınızı arzulayıram" deyib.

Mesajın sonunda “cənab Prezident, fikirlərim və dualarım Sizinlə, ailənizlə və bu kədərli hadisənin günahsız qurbanları ilədir” fikirləri ifadə olunub.

KARUSEL / DÜNYA
Tarix: 15-07-2024, 12:28