mobil versiya

Azərbaycan məscidlərində Aşura günü qeyd olunur



Bu gün Azərbaycanda Aşura qeyd olunur.
Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü iyulun 16-na təsadüf edib.
Aşura Peğəmbərimizin əziz nəvəsi İmam Hüseynin (ə), onun ailə üzvlərinin və tərəfdarlarının Kərbala çölündə qətl olunduğu gündür.
Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir.
Son illər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.
Bu gün – iyul ayının 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək.
 

KARUSEL / ÖLKƏ
Tarix: 16-07-2024, 09:32