mobil versiya

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub



2024-cü ilin birinci yarımili ərzində Energetika Nazirliyi və tabeli qurumlara 4167 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 3357-si müvafiq qaydada icra edilib, 504-ü isə təşəkkür və digər məsələlərlə bağlı məlumat xarakterli olub. 306 müraciət icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələrin verilməsi və digər mövzularla bağlı olub.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 197 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-07-2024, 11:31