mobil versiya

Astanada 5-ci Ümumdünya Köçəri Oyunları keçiriləcək


Məşhur Hollivud aktyoru Erik Roberts V Ümumdünya Köçəri Oyunları ilə tanış olmaq üçün Qazaxıstan Respublikasının Milli İdman Növləri Assosiasiyasının xüsusi dəvəti ilə Astanaya gəlib. O, Direktorluğun təşkilatçılığı ilə Astanada Qazaqstan atletika kompleksində baş tutan bu unikal tədbirin təqdimatında iştirak edib.

Erik Entoni Roberts amerikalı kino və televiziya aktyorudur, Oskar və Qızıl Qlobus mükafatlarına namizəddir. O, 700-dən çox film və televiziya serialında rol alıb.
Qeyd edək ki, sentyabrın 8-dən 13-dək Astana şəhərində etnik idman növləri üzrə beynəlxalq idman yarışları - 5-ci Ümumdünya Köçəri Oyunları keçiriləcək. 89 ölkədən 2000-dən çox iştirakçının iştirakı gözlənilir. Astanada keçiriləcək Dünya Köçəri Oyunlarında 21 idman növü üzrə 97 dəst medal yarışacaq.
KARUSEL / İDMAN
Tarix: 16-07-2024, 13:08