Şamaxıda zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlanılıb- AQTA
Şamaxıda toyda qeydə alınan kütləvi zəhərlənmə hadisəsinin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə keçirilən toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
İlkin ehtimallara əsasən, hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-07-2024, 12:12