AQTA zəhərlənən tələbələrlə bağlı məlumat yaydı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Nizami rayonu NZS qəsəbəsində iki tələbənin zəhərlənməsi barədə məlumat yayıb.
AQTA-dan REPORTYOR.AZ-a bildirilib ki, iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə məlumat agentliyə daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
“İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır”.
AQTA-dan qeyd edilib ki, araşdırmaların yekun nəticəsi ilə bağlı məlumat veriləcək.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 30-11-2019, 15:25