Dmitri Kuleba Çinə gedəcək
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iyulun 23-də Çinə səfər edəcək.
Bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib. Onun sözlərinə görə, səfər Çin Xarici İşlər Nazirliyinin dəvəti ilə reallaşacaq.
Ukrayna XİN-dən bildiriblər ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıqdan əlavə, Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması məsələsinin müzakirəsi planlaşdırılır. “Görüşlər və danışıqlar zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq”, - deyə XİN-in rəsmi nümayəndəsi Georgi Tixiy qeyd edib.
2023-cü il fevralın 24-də Çin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair 12 bənddən ibarət plan təqdim edib. Pekinin əsas təklifləri sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılmasıdır.
KARUSEL / DÜNYA
Tarix: 22-07-2024, 13:31