mobil versiya

Tələbələrin köçürülməsinə yol verilməyən hallar



Ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair yaydığı məlumatda qeyd olunub.
Həmçinin, bildirilib ki, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
"Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir", - deyə məlumatda bildirilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 24-07-2024, 17:13