mobil versiya

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb



İyulun 29-da ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 74 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.


KARUSEL / HADİSƏ
Tarix: 30-07-2024, 10:01