mobil versiya

Hidayət Heydərov Olimpiya çempionu nişanı alacaq



Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (IJF) qızıl olimpiya çempionu nişanını alacaq.
Söhbət kimononun arxa hissəsində idmançının adının yazıldığı düzbucaqlıdan gedir.
Hidayət dünya çempionatında qalib olduqdan sonra bu statusunu əks etdirən qırmızı yamaq almışdı. Lakin onun Parisdəki qələbə ilə Olimpiya çempionu titulunu alması ilə bu nişanın rəngi qızılla əvəzlənəcək.
Hidayət növbəti olimpiya tsiklində kürəyində çempionluğunu əks etdirən qızıl nişanla yarışacaq.

KARUSEL / İDMAN
Tarix: 30-07-2024, 16:02