Bu günədək parlament seçkilərinə neçə nəfərin namizəd qeydə alınıb?
Növbədənkənar parlament seçkilərinə 390-a yaxın namizəd artıq qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 660 nəfər imza vərəqələrini qaytarıb. 1200-dən çox şəxs isə imza vərəqələrini götürüb.
Bildirilib ki, 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edəcək.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
KARUSEL / SİYASƏT
Tarix: 31-07-2024, 10:15