mobil versiya

Deputatlığa namizədin bıçaqladığı bildirilən şəxs əməliyyat edilib, vəziyyəti orta ağırdır



Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iyulun 30-da deputatlığa namizəd tərəfindən bıçaqlandığı bildirilən şəxs əməliyyat edilib.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadov 2024-cü il iyulun 30-u saat 22:15 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına daxil olub.
Sol döş boşluğunun daxilinə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiyaya yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
Xatırladaq ki, N.Cavadovun 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəd olan Taleh Məmmədov tərəfindən bıçaqlandığı bildirilir. (report)

KARUSEL / HADİSƏ
Tarix: 31-07-2024, 14:21