mobil versiya

148 fələstinlinin Əbu-Dabiyə təcili tibbi təxliyəsinə başlanılır




Birləşmiş Ərəb Əmirlikləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə İsrailin Ramon hava limanından Əbu-Dabiyə uzunmüddətli müalicəyə ehtiyacı olan xərçəng xəstələri də daxil olmaqla 85 xəstə və ağır yaralı fələstinlinin təxliyəsi üçün təcili təşəbbüs elan edib.
Əmirliyin XİN-nin yaydığı məlumata görə, bu təşəbbüs BƏƏ-nin fəlakətli vəziyyət fonunda Qəzzadakı Fələstin xalqını dəstəkləməkdə qətiyyətli olduğunu bir daha təsdiqləyir.
Bu barədə Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri Reem Əl Haşimi bildirib ki, bu təşəbbüs BƏƏ-nin Fələstin xalqına göstərdiyi davamlı və tarixi dəstəyin sübutudur.

Nazir vurğulayıb ki, BƏƏ bu günə qədər Qəzzadan olan 709 pasienti, onların 787 ailə üzvü ilə birlikdə müalicə almaq üçün qəbul edib. Bu, BƏƏ Prezidenti Əlahəzrət Şeyx Mohamed bin Zayed Al Nahyanın Qəzzadan olan 2000 yaralı və xərçəng xəstəsinə qayğı göstərmək göstərişlərinə uyğun olaraq həyata keçirilib.

KARUSEL / DÜNYA
Tarix: 1-08-2024, 10:06