“Paris-2024”: Azərbaycanın daha iki idmançısı mübarizəyə qoşulur
Bu gün Azərbaycanın daha iki idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Cüdoçu Uşanqi Kokauri ilk görüşünü keçirəcək. 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşacaq.
Həmçinin batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova təsnifat mərhələsində qüvvəsini sınayacaq və finala vəsiqə qazanmağa çalışacaq.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Olimpiadada növbəti oyunlarını keçirəcək. Komandamız eyni gündə əvvəlcə Avstraliya, ardınca isə Çin seçməsini sınağa çəkəcək.
Boksçu Murad Allahverdiyev (80 kiloqram) isə 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nurbek Oralbay olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.
KARUSEL / İDMAN
Tarix: 2-08-2024, 09:28