mobil versiya

AYNA Bakı-Quba yolunun Ceyranbatan ərazisində baş verən qəzayla bağlı məlumat yayıb




Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəza ilə bağlı təəssüfləndiyimizi bildirir, həyatını itirən sərnişinin yaxınlarına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik. 
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda deyilir. 
Bildirilir ki, ilkin məlumata əsasən,  Bakı-Sumqayıt ekspres avtobusu 42 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub. Hadisə nəticəsində 42 nömrəli avtobus aşıb, avtobusda olan 1 sərnişin vəfat edib, xəsarət alanlar var. Hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək ki, Bakı-Sumqayıt ekspres avtobusunun sərnişinləri arasında ölən və xəsarət alan olmayıb.


KARUSEL / CƏMİYYƏT
Tarix: 2-08-2024, 14:56