“AzerGold” QSC-də 3-cü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadəni qəbul edib.
Müsabiqə qalibləri ilə keçirilən görüşlərdə QSC-nin İdarə Heyətinin sədri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin ölkəmizdə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması baxımından əhəmiyyətini qeyd edib.
Müsabiqə qaliblərinə “AzerGold” QSC-nin dağ-mədən sahəsində fəaliyyəti, idarəetmə sahəsində fərdi təcrübəsi barədə məlumat verən Z.İbrahimov rəhbər şəxslərin daim öz üzərlərində işləməli, bilik və bacarıqlarını davamlı inkişaf etdirməli olduğunu bildirib. Qeyd olunub ki, işgüzarlıq, məsuliyyətlilik, risketmə həvəsi və bacarığı, peşəkar ünsiyyət mədəniyyəti, iş vaxtının səmərəli bölüşdürülməsi, insanları düzgün qiymətləndirmə, əmək resurslarının səmərəli istifadəsi, rassionallıq peşəkar və uğurlu bir idarəçidə vacib keyfiyyətlərdir. Z.İbrahimov müsabiqə qaliblərinə bu keyfiyyətlərə sahib olmaq, özlərini daha da inkişaf etdirmək üçün “Yüksəliş” müsabiqəsinin mentorluq proqramının kifayət qədər müsbət təsirlərə malik olduğunu bildirib.
Səmimi qəbula görə təşəkkür edən müsabiqə qalibləri görüş zamanı müzakirə olunan mövzuların, idarəçilik sahəsində verilən tövsiyyələrin onların gələcək karyera planlaması və inkişafında faydalı olacağına əminliklərini ifadə ediblər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 2-08-2024, 16:30