Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Avqustun 5-i saat 09:45-ə olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 12 min 927, rus bölməsi üzrə 364 nəfər olmaqla, ümumilikdə 13 min 291 nəfər ixtisas seçimi edib.
Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiqləmiş abituriyentlər buraxılacaqlar.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-08-2024, 10:37