mobil versiya

“Abituriyent məsləhət mərkəzləri” avqustun 5-də – şənbə günü də fəaliyyət göstərəcək



Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi sona yaxınlaşır. Seçimin başa çatması nəzərə alınaraq abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent məsləhət mərkəzləri” avqustun 5-də – şənbə günü də fəaliyyət göstərəcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, “Abituriyent məsləhət mərkəzləri” saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes və Avrasiya universitetlərində, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin DİM-in Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərirlər.
Məsləhət mərkəzlərində ödənişsiz əsaslarla xidmət göstərilir.
Xatırladaq ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 31-dən başlanıb və avqustun 7-dək davam edəcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 4-08-2023, 10:47