mobil versiya

“Hövsan” bazarında bir sıra nöqsanlar üzə çıxıb



Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 121 ünvanında fiziki şəxs Kazımov Mətləb Ağalar oğluna məxsus “Hövsan” bazarında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, həmçinin sanitar texniki-sanitar gigiyenik normalara riayət olunmasının yoxlanılması məqsədilə yoxlama aparıb.


Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsi bu barədə məlumat yayıb. Monitorinq zamanı bir sıra nöqsanlar aşkar olunub. Bazarda ət məhsullarının açıq havada satıldığı, toyuq əti satışı üçün soyuducu vitrinlərin, süd və süd məhsullarının satışı sahələrində isə saxlanc və satış üçün soyuducuların olmadığı müəyyən edilib. Həmçinin meyvə və tərəvəz məhsullarının birbaşa döşəmə üzərində yığılaraq satıldığı, satış vitrinlərinin texniki işlək vəziyyətə gətirilmədiyi aşkarlanıb. Bundan başqa, bazar daxilində abadlaşdırma işlərinin aparılmadığı, işçilərin sanitar geyimlərlə təmin edilmədiyi məlum olub. Müəyyən edilib ki, piştaxtalar asan yuyulub təmizlənə bilən materialdan təşkil olunmayıb.
Agentliyin Bakı regional bölməsinin əməkdaşları tərəfindən nöqsanların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib, maarifləndirici işlər həyata keçirilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 7-08-2024, 13:11