mobil versiya

Mingəçevirdə nöqsanlar aşkarlanan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb



Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 61 ünvanında yerləşən “Yaşar firması” MMC-yə məxsus bazarın daxilində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, emal zamanı normativ sənədlərin tələblərinə əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, emal sahəsində yerləşən avadanlıqların yuyulub təmizlənmədiyi, xammalların birbaşa yerdən yığıldığı, işçi heyətin xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul olunub.

KARUSEL / CƏMİYYƏT
Tarix: 20-06-2024, 17:28