mobil versiya

Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb




Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-11 tarixlərində çəkisi 35 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN mətbuat xidmətinin yaydığı məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu olub.

KARUSEL / HADİSƏ
Tarix: 12-08-2024, 10:48