mobil versiya

Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasında dəyişiklik edilib



Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanın deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.1.2-ci yarımbəndinə “40 faizi” sözlərindən sonra “, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi meyarlara uyğun olaraq yerli istehsala aid edilən müasir suvarma sistemlərinə münasibətdə isə 60 faizi” sözləri əlavə edilsin

KARUSEL / SİYASƏT
Tarix: 12-08-2024, 12:17