Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusundakı şəxslər üçün 2024-cü il aprelin 15-də 50 ştat vahidi üzrə elan edilən müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, prokurorluq orqanlarında işləməyi arzulayan və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Azərbaycan Respublikası Baş Prokurorluğunun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olmaqla əldə edə bilərlər.
Sənədlərin qəbulunun başa çatacağı tarix, test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat veriləcək.
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-08-2024, 12:57