mobil versiya

Millətə Xidmət, Dostluğa Sədaqət: Rövşən Tağıyev haqqında Düşüncələrim




Həyatda elə insanlar var ki, onlarla hətta bircə dəfə təmasda olmaq yetərlidir ki, bir ömür boyu yaddaşında dərin iz buraxsın. Mənim üçün belə insanlardan biri də Rövşən Tağıyevdir. O, yalnız mənim deyil, bütün ətrafının həyatında dərin izlər qoyan, adam kimi adamdır. 

Mən Rövşən bəyi təmənnasız dost, ədalətli və cəsur duruşu olan insan, əsl vətənpərvər kimi tanımışam. Rövşən Tağıyev, həyatın enişli-yoxuşlu yollarında sadəcə öz yolunu tapmamış, həm də bu yolda qarşısına çıxan hər kəsi işıqlandırmış bir şəxsiyyətdir.
Onun haqqında yazmaq mənim üçün olduqca xoşdur, çünki bu şəxs haqqında nə qədər müsbət danışsam da bir o qədər azdır. Onunla olan ünsiyyətim, xatırladığım anlar, hər səmimi söhbət, mənə onun nə qədər dəyərli və mərd bir insan olduğunu daima xatırladır.
Rövşən bəylə ilk tanışlığımda onun səmimiyyəti və dürüstlüyü dərhal diqqətimi çəkdi. Bizim tanışlığımız iş münasibətlərindən doğmuşdu, amma zamanla bu münasibətlər dərinləşdi və bir-birimizi daha yaxından tanıma fürsəti əldə etdik. 
Onun hər addımı düşünülmüş və məqsədlidir. Hər dəfə yeni bir ideya və ya təşəbbüslə çıxış etdiyində, onun arxasında dayanan dərin düşüncə və strateji baxışı aydın hiss olunur. Onun bu cəhəti çevrəsində olan hər kəs üçün bir ilham mənbəyidir.
Rövşən bəyin vətənpərvərliyi haqqında danışmadan keçmək mümkün deyil. Onun ürəyi milləti üçün döyünür, vətəninə olan bağlılığı ilə hər zaman fərqlənib. Bu bağlılıq, onun hər bir fəaliyyətində, hər bir qərarında öz əksini tapır. O, təkcə işgüzar sahədə deyil, həm də xeyriyyəçilik və sosial layihələrdə də fəal iştirak edir. Millətin rifahı üçün gördüyü işlərdən danışarkən gözlərindəki parıltı mənə həmişə təsir edib.
Rövşən bəy səmimi olduğu qədər həm də həssas bir insandır. Onun üçün həyat yalnız şəxsi uğurla ölçülmür. Onun üçün ən böyük mükafat, insanlara faydalı olmaq və onların həyatını yaxşılaşdırmaqdır.
Mən əminəm ki, Rövşən bəyin seçkiyə qatılması, millətimiz üçün böyük bir şansdır. Onun bilikləri, təcrübəsi və insanlara olan sevgisi, onu millətin səsi olaraq ən layiqli namizəd edir. Dostum Rövşən Tağıyevə dəstək olmaq, həm mənim, həm də onu yaxından tanıyan hər kəs üçün bir vəzifədir, çünki bilirəm ki, o, bu yolda heç zaman xalqını yarı yolda qoymaz.
Rövşən bəy, səninlə qürur duyuram və əminəm ki, bu seçkilərdə qələbə çalaraq, ölkəmizə böyük fayda verəcəksən. Millətimizin səsi olmaq üçün ən layiqli namizəd sən olmalısan. Uğurlar!

Sərkərdə Sərxanoğlu
KARUSEL / CƏMİYYƏT
Tarix: 13-08-2024, 10:46