mobil versiya

II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır



Ali təhsil müəssisələrinə qəbul imtahanında II ixtisas qrupu üzrə 768 abituriyent 500-dən 600-dək bal toplayıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, bu ixtisas qrupu üzrə imtahanın nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6777, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11684 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.
Xatırladaq ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-08-2024, 11:43