mobil versiya

Piyada keçidinin inşası ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılacaq



Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 15 avqust saat 22:00-dan 16 avqust 01:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. (YOL BAĞLANMIR)

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-08-2024, 15:30