mobil versiya

Şənbə gününün havası



Avqustun 17-si Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz havanın qısamüddətli tutulacağı gözlənilir. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-19° isti olacaq.

KARUSEL / ÖLKƏ
Tarix: 16-08-2024, 13:05