mobil versiya

Ermənipərəst senator Bob Menendez siyasi karyerasını bitirir



Ermənipərəst senator Bob Menendez siyasi karyerasını avqustun 20-də bitirəcəyini açıqlayıb.
The New York Times“in xəbərinə görə, 2006-cı ildən ABŞ Senatının üzvü olan B. Menendez bu qərara ötən ay korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra gəlib.
Məlumata əsasən, barəsində oktyabrın 29-da hökm çıxarılacaq olan B. Menendezin ömrünün qalan hissəsini həbsxanada keçirəcəyi istisna edilmir.
Bu arada məlum olub ki, 70 yaşlı senator seçki öncəsi praymerizlərdə iştirak etməyib.
Qeyd edək ki, bu il iyulun 16-da ABŞ Andlılar Məhkəməsi Demokratlar partiyasından olan ermənipərəst senator Robert Menendezi korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla 16 ittihamın hamısında təqsirli bilib.
Menendez həm ədalətin təntənəsinə mane olmaqda, həm də pul tələb etməkdə və fırıldaqçılıqda günahlandırılır.
Elan olunmuş ittihamlarla onu 20 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Menendes Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğu dövrdə fəal ermənipərəst mövqeyi və anti-Azərbaycan fəaliyyəti ilə diqqət çəkib.(apa)
KARUSEL / DÜNYA
Tarix: 17-08-2024, 10:55