mobil versiya

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 22,23,24 və 25 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.
Bu barədə ADY xəbər verir.
Məlumata görə, bundan əlavə, bu xətt üzrə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hərəkət edən qatarlarımızla hər iki istiqamətdə səfər edə bilərsiniz.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 20-08-2024, 15:21